"Naməlum şəxsin bıçaqlara insanlara hücum etməsi yalandır"- BŞBPİ
23 yanvar 2020 13:40 (UTC +04:00)

"Naməlum şəxsin bıçaqlara insanlara hücum etməsi yalandır"- BŞBPİ

Bakıda restorandan çıxan şəxs ətrafdakı insanlara bıçaqla hücum edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. 

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib:

Bıçaqla hücum edilməsi faktı təsdiqini tapmayıb. Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək. E.Hacıyev jurnalistlərə bu və ya digər halda polisin fəaliyyət sahəsinə dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirməyi tövsiyə edib. Polis mayoru həmçinin bildirib ki, jurnalistlərin suallarına 24 saat ərzində hər hansı bir məhdudiyyət yaradılmadan BŞBPİ-nin mətbuat xidməti tərəfindən cavablandırılır.

***

22.01.2020

Saat: 04:05

Bakının Nərimanov rayonunda xuliqanlıq zəmnində hadisə baş verib.

APA-nın məlumatına görə, Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da mübahisə düşüb.

Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edərək nalayiq sözlər işlədib.

O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.

# 2004
avatar

Mehman Nəbiyev

Oxşar yazılar